Rusiyada üzərində 1,2 kq xalis qızıl olan Azərbaycan vətəndaşı saxlanılıb
2-10-2017, 08:29
Rusiyanın Zabaykal diyarında üzərində 1,2 kq xalis qızıl ilə Azərbaycan vətəndaşı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə bazar ertəsi Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. "O, Novaya Çara stansiyasının dəmir yolu vağzalında nəqliyyat polisi əməkdaşlarından qaçmağa çalışarkən saxlanılıb", - deyə məlumatda bildirilir. Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşının üzərinə baxış zamanı içərisində 46 min 728 min dollarlıq 1,2 kq qızıl olan qutu aşkar olunub. Saxlanılan şəxs qızılı qəsəbələrdən birindən tapdığını və satmaq üçün özündə saxladığını bildirib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 191-ci maddəsi üzrə (qiymətli əşyaların qanunsuz saxlanılması) iş açılıb.