Mingəçevirdə 29 yaşlı oğlan özünü yandırdı

3-10-2017, 12:29           
Mingəçevirdə 29 yaşlı oğlan özünü yandırdı
Mingəçevir şəhərində 29 yaşlı oğlan özünü yandırıb.

Trend-in məlumatına görə, hadisə oktyabrın 3-də şəhərin F.Əzimov küçəsi bina 33, mənzil 35-də baş verib. Həmin ünvanda yaşayan, 1988-ci il təvəllüdlü Nağıyev İlkin Faiq oğlu gecə saat 04:00-radələrində üzərinə alışdırıcı maddə tökərək özünü yandırıb. Yaralı ailə üzvlərinin köməyi ilə Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru