Bakıda gənc qızı avtobusda döydülər

3-10-2017, 13:48           
Bakıda gənc qızı avtobusda döydülər
Bakıda marşrut avtobusunda xuliqanlıq hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Xəzər rayonu Zirə qəsəbəsi ilə metronun “Koroğlu” stansiyası arasında sərnişindaşıma ilə məşğul olan 150 saylı xətt avtobusunda Sadiq adlı şəxs 26 yaşlı Aytən Məmmədovanı döyərək ona xəsarətlər yetirib. Digər sərnişinlərin müdaxiləsi ilə qızı həmin şəxsin əlindən almaq mümkün olub.

Faktla bağlı polisdə araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.