Las Veqasda 59 nəfəri öldürən qatilin oteldəki otağının videosu dərc edilib

4-10-2017, 07:31           
Las Veqasda 59 nəfəri öldürən qatilin oteldəki otağının videosu dərc edilib
ABŞ-ın Las Veqas şəhərində 59 nəfəri öldürən 64 yaşlı Stiven Peddokun “Mandalay Bay” otelindəki otağının videosu dərc edilib. S.Peddok 32-ci mərtəbədə yerləşən bu otaqdan “Route 91 Harvest” musiqi festivalının qonaqlarına atəş açıb. APA-nın xəbərinə görə, video ABC telekanalı tərəfindən yayımlanıb.

Kadrlarda qatilin otağının giriş hissəsi, optik nişangah quraşdırılmış avtomat silah və sair əşyalar əks olunub.

Qeyd edək ki, Stiven Peddok 59 nəfəri qətlə yetirib, 527 nəfəri isə yaralayıb, daha sonra isə intihar edib. Onun oteldəki otağından 23 ədəd, mənzilindən isə 19 ədəd silah aşkarlanıb.

Cinayətin motivləri hələ də məlum deyil.
[media=https://www.youtube.com/watch?time_continue=2&v=0045HGuHCcI]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru