Əhali mağazanı soymaq istəyən oğruları daşqalaq etdi

4-10-2017, 08:58           
Əhali mağazanı soymaq istəyən oğruları daşqalaq etdi
Britaniyanın Birminqem şəhərində yerli sakinlər zinyət əşyaları satılan mağazanı qarət etmək istəyən şəxsləri daşqalaq ediblər.

Bu barədə lenta.ru saytı “Birmingham Mail”ə istinadən yazıb. Dörd nəfər naməlum şəxs sahibi qızıl mağazasını bağlayan vaxt içəri hücum edib. Onlardan biri qapının ağzında dayanıb, digərləri isə əllərində çantaya qiymətli əşyaları doldurublar. Mağazanın qabağında onları “Audi S3” maşını gözləyib. Dörd dəqiqə sonra küçəyə qonşu mağazanın əməkdaşları və piyadalar toplaşıb.

Üç qarətçi öz maşınlarına doğru qaçanda onları kərpic və kəsici alətlərlə vurublar. Yerli sakinlər eyni zamanda “Audi” maşının arxa şüşəsini də daşla vurub qırıblar, qarətçilərin maşının qapısını bağlamağa mane olmağa çalışıblar. Buna baxmayaraq, cinayətkarlar gizlənməyə müvəffəq olublar. Onlar qrupun dördüncü üzvünü də götürüb aradan çıxmağa nail olublar. Şahidlərdən birinin dediyinə görə, mağaza sahibi yaralanıb. Bundan başqa, oğrulara mane olmağa çalışan yerli sakinlərdən birinin əli kəsilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru