“An-Nüsra” Cəbhəsinin lider heyəti məhv edildi

4-10-2017, 11:57           

Rusiya hərbi aviasiyası Suriyada “Ən-Nüsra” Cəbhəsi qruplaşmasının lider heyətinin olduğu nöqtəyə aviazərbələr endirib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, qruplaşmanın lideri Əbu Məhəmməd Culyani ağır qəlpə yaraları alıb.
“Aviazərbələr nəticəsində qruplaşmanın başçısı Əbu Məhəmməd Culyani çoxsaylı ağır qəlpə yaraları alıb və əllərindən məhrum olub. Bir neçə müstəqil mənbənin məlumatına görə, onun vəziyyəti kritikdir”, - Konaşenkov deyib.
Həmçinin hücum vaxtı “An-Nüsra” Cəbhəsinin 12 səhra komandiri, həmçinin Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizliyinin xidmət rəisi Əhməd əl-Qizai məhv edilib.
Aviazərbələr zamanı Su-34 və Su-35 qırıcılarından istifadə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru