Malaziyaya məxsus sərnişin təyyarəsinin mühərriki uçuş zamanı dayanıb

19-01-2018, 08:40           
Malaziyaya məxsus sərnişin təyyarəsinin mühərriki uçuş zamanı dayanıb
Malaysia Airlines" aviaşirkətinə məxsus təyyarə Mərkəzi Avstraliyada təcili eniş edib.

“Report” xəbər verir ki, bu barədə yerli "9news" portalı məlumat yayıb.

Buna texniki nasazlıq səbəb olub. Dördsaatlıq uçuşdan sonra təyyarədə gözlənilmədən işıqlar sönüb və hava gəmisi titrəməyə başlayıb.

Göyərtəsində 200 sərnişin olan "A300" layneri Sidneydən Kuala-Lumpura uçurmuş.

Kapitan təyyarəni Elis-Sprinqs şəhərində yerə endirib. Zərər çəkən olmayıb.

Müəyyən edilib ki, mühərriklərdən biri xarab olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru