Dayısı azyaşlı qızı dəfələrlə zorladı - Bakıda iyrənc olay

19-01-2018, 18:21           
Dayısı azyaşlı qızı dəfələrlə zorladı - Bakıda iyrənc olay
Bakıda azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb.

teref.az xəbər verir ki, Oxu.Az-a bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.

Uşağında hazırda Azərbaycan Uşaq Birliyinin reinteqrasiya mərkəzində olduğu bildirilir. Polisə zorlanma faktı ilə bağlı şikayət ərizəsi məhz həmin mərkəzdən daxil olub.

İstintaq orqanları, şübhəli ilə bağlı araşdırma aparır. Ərizə yanvarın 18-də daxil olduğundan fakt üzrə hələlik heç kim saxlanılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru