Gənc azərbaycanlı müğənni qəzada öldü - FOTO

20-01-2018, 22:53           

Güney Azərbaycanın "Yekan Kəhriz" qəsəbəsindən olan istedadlı gənc pop musiqi müğənnisi Purya Camei dəhşətli yol qəzasında dünyasını dəyişib.

Mərhumun yaxınlarının dediyinə görə, Kəlantəri yolunda "Pejo" markalı minik avtomobili ilə TIR tipli yük maşınının toqquşub.

Ağır yol qəzasında Purya Cameinin 5 ailə üzvü, o cümlədən bir uşaq ağır bədən xəsarəti alıb, onlar Urmiyədə xəstəxanaya yerləşdirliblər.

Purya Camei pop-müsiqisi sahəsində Azərbaycanın tanınmış müğənnilərindən biri olub. O, kimya mühəndisliyi üzrə təhsil alırmış.

Mənbə: teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru