ABŞ-da "Azadlıq abidəsi" ziyarətçilərin üzünə bağlanıb

21-01-2018, 10:58           
ABŞ-da "Azadlıq abidəsi" ziyarətçilərin üzünə bağlanıb
ABŞ hökuməti işini dayandırdığından Nyu-Yorkda yerləşən "Azadlıq abidəsi"nin əməkdaşları qapıları ziyarətçilərin üzünə bağlamalı olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, abidəni yaxından görmək istəyən turistlət biletlər əldə etsələr belə, nə abidənin özünə, nə də yaxınlığdakı parka daxil ola biliblər.

Qeyd edək ki, Konqres hökumət büdcəsinə dair razılığa gələ bilmədiyinə görə hökumət işini müvəqqəti dayandırıb.

ABŞ Senatında müvəqqəti büdcə ilə bağlı səsvermə yanvarın 22-ə təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru