Bakıda film kimi hadisə - 23 YPX maşını bir avtoxuliqanın arxasınca düşdü

22-01-2018, 10:05           

Bu gün səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları "90-UR-366" dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə "Saxla!" əmri verib.

Əmrə tabe olmayan sürücü təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edərək YPX əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin Nobel prospektinin NZS qəsəbəsinə düşən hissəsində hüquq-mühafizə orqanları əməkdaşlarının süni tıxac yaratması səbəbindən "Naz Lifan"ı saxlamaq mümkün olub. Sürücü avtomobildən düşüb qaçmaq istəyərkən o polislərin köməkliyi ilə tutulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayı rəhbərliyinin iştirakı ilə 23 YPX avtomobili "Naz Lifan"ın saxlanılmasında iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru