Azərbaycanda adam öldürən manyakı kənd sakinləri belə tutdular - VİDEOya çəkdilər

22-01-2018, 10:10           
Azərbaycanda adam öldürən manyakı kənd sakinləri belə tutdular - VİDEOya çəkdilər
Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.

Tutulan şəxs Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalovdur.

teref.az Unikal.org-a istinadən xəbər verir ki, Lənkəran rayon sakinlərini təşvişə salan manyak rayonun Şağlaser kəndində saxlanılıb. Onu tutan şəxslər isə kənd sakinləri olub. Bildirlib ki, Fərrux Zeynalov Xərxatan kəndindəki bir neçə evə daxil olaraq sakinlərə hücum edərək, evə zərər verib. Tutulan manyak Şağlaser kəndində saxlanılsa da özü bu rayona qonaq gəldiyini deyir.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru