Bakıda polislərə hücum - Formalarını cırdılar

23-01-2018, 20:07           

Paytaxtda keçmiş məhbus Nizami Rayon Polis Bölməsinin əməkdaşlarına hücum edərək, formalarını cırıb.

teref.az Oxu.Az-a istinadən xəbər verir ki, asayiş keşikçilərinin üzərinə bıçaqla hücum edən şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (qarət) və 234-cü (narkotik vasitələri qanunsuz istehsal etmə, saxlama, daşıma, satma) maddələri ilə məhkumluğu olan 1972-ci il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu olduğu müəyyən edilib.

İnsident şənbə günü Məmmədovun Naxçıvanski küçəsində yerləşən mənzilində baş verib.

Məmmədovun həyat yoldaşı Sevda Məmmədova polisə zəng vuraraq, ərinin evə sərxoş vəziyyətdə gəldiyindən və dava saldığından şikayət edib. Hadisə yerinə gələn polis (çevik polis alayının) əməkdaşları Ruslan Əliyev və Asif Məmmədov silahlı müqavimətlə üzləşib.

Məmmədov bıçağı əlinə alaraq əməliyyatçılara hədə-qorxu gəlib.

Polis əməkdaşlarının onu zərərsizləşdirməsi o qədər də asan başa gəlməyib. Keçmiş məhbus polisin üzərində olan formaları tanınmaz hala salıb.

Formaya ziyan vurduğuna görə Məmmədov cavab verməli olacaq. Belə ki, ona qarşı təkcə xuliqanlıq deyil, eyni zamanda, polis əməkdaşlarına müqavimət ittihamı ilə cinayət işi açılıb.

Fakt üzrə istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru