Neft BVF-nin iqtisadiyyatın artımı üzrə proqnozları fonunda bahalaşıb

24-01-2018, 09:18           
Neft BVF-nin iqtisadiyyatın artımı üzrə proqnozları fonunda bahalaşıb
Neftin dünya qiymətləri çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) dünya ÜDM-nin artım tempi üzrə proqnozlarını yaxşılaşdırmasından sonra 1,5 faiz artıb.

“Report” xəbər verir ki, bu, keçirilən hərracların nəticəsində məlum olub.

Bakı vaxtı ilə 20.06-ya olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçersləri 1,49 faiz artaraq bir barelə görə 70,06 dollar, WTI markalı yüngül neftin mart fyuçersləri 1,51 faiz bahalaşaraq bir barelə görə 64,53 dollar təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.