İnstagramın yeni özəlliyi çoxlarını narahat edəcək

24-01-2018, 22:24           

Bu özəllik çoxlarını narahat edəcək

Keçdiyimiz günlərdə Instagram-a son görülmə xüsusiyyəti əlavə olunmuşdu. Sosial mediada müzakirə edilən son görülmə məlumatından sonra başqa detallar da ortaya çıxdı. Önümüzdəki həftələrdə Instagram-a gələcək başqa bir özəllik daha var.

Instagram hekayələrində ekran görüntüsü (Screenshot) alındığında fotoşəkil sahibinə xəbərdarlıq edilir. Lakin özəllik bununla bitmir.
Əgər istifadəçi hekayələrdən ekran görüntüsü almaq yerinə ekran videosu almaq istəsə də Instagram qarşı tərəfə bildiriş göndərəcək.

İnstagramın yeni özəlliyi çoxlarını narahat edəcək
İnstagram ekran videosu çəkildiyini anlayır
Məsələn iPhone-larda ekran videosu çəkmək xüsusiyyəti var. Instagram-ın bu özəlliyi aktiv olduğunda əgər iPhone ilə ekran videosu çəkilərsə Instagram hekayənin sahibinə xəbərdarlıq mesajı göndərəcək.

Ilk dəfə bildiriş göndərilmir.
Hekayələrdən ekran görüntüsü və ya video alan insan ilk səfərdə xəbərdar edilmir ( ilkində bildiriş getmir) lakin, daha bir cəht etsə hekayənin sahibinə mövzuyla əlaqədar olaraq xəbərdar edilir. (texnologiya.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru