Qızı öldürdü, zorladı və… — Texniki Universitetin tələbəsindən DƏHŞƏTLİ CİNAYƏT — FOTO

25-01-2018, 00:31           

Rusiya paytaxtı Moskvada dəhşətli cinayət törədilib.

Bu haqda Moskva İstintaq Komitəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib.

Onun sözlərinə görə, gənc tanış qızı boğaraq öldürüb və onu zorlayıb, daha sonra isə intihar edib. Onların cəsədləri çərşənbə axşamına keçən gecə Kazakov (Basman rayonu) küçəsindəki mənzildə tapılıb. Mərhumların hər ikisinin 19 yaşı var idi.

Münaqişənin səbəbi hələlik məlum deyil.

Məlumata görə, cavan oğlan Bauman adına Moskva Dövlət Texniki Universitetində oxuyurdu. O, Ali İqtisadiyyat Məktəbinin tələbəsi olan qızla birlikdə kirayə evdə qalırdı. Deyilənə görə, oğlanın qıza olan sevgisi cavabsız qalıb.

Gəncin cinayətdən sonra bu haqda sosial şəbəkələrdə baş verənlər barədə yazdığı bildirilir. O, həmçinin qızın valideynlərindən əməlinə görə üzr istəyib.(publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru