Yapon dənizidə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəmi itib

25-01-2018, 10:25           
Yapon dənizidə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəmi itib
Yapon dənizinin Primorski vilayəti sahillərində Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi ("Şərq") itkin düşüb.

“Report” xəbər verir ki, gəminin göyərtəsində Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşlarından ibarət 21 heyət üzvü olub.

Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.

Axtarışlar hələ ki, bir nəticə verməyib.

Gəmi ilə qəza siqnalından sonra əlaqə itib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru