Bakıda türk iş adamının evi qarət edildi - 110 min dollar aparıldı

25-01-2018, 11:48           

Bakıda türkiyəli iş adamının evi qarət edilib.

teref.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.

Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru