Bakıda evə basqın edib yaşlı kişini qarət edən şəxslərə hökm oxunub

25-01-2018, 17:01           
Bakıda evə basqın edib yaşlı kişini qarət edən şəxslərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rasim Quliyev və Vüsal Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən biridə baş verib. Qarət məqsədilə gələn çağrılmamış qonaqlar yaşlı kişini döyüb, daha sonra isə şkafa bağlayıblar.

Binəqədi qəsəbə sakini, 61 yaşlı Yaqub Sultanov 4-cü polis bölməsinə məlumat verib ki, gecə vaxtı həyətində səs-küy eşidib. Çölə çıxan zaman ona iki nəfər hücum edib mənzilə salıblar. Yaşlı kişidən pul və qızıl tələb ediblər. Pulu olmadığını deyəndə onlar Y.Sultanovu döyüb şkafa bağlayıblar. Səsə qonşular gəldikdə hər iki şəxs qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri R.Quliyev və əvvəllər məhkum edilmiş V.Abdullayevi saxlayıb.

Məlum olub ki, hadisəni törədən V.Abdullayev Bakıda 36 saylı marşrut avtobusunun sürücüsü olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.