2 yaşlı qız siqaret çəkir, söyüş söyür - Valideynləri də baxıb gülür

25-01-2018, 17:56           
2 yaşlı qız siqaret çəkir, söyüş söyür - Valideynləri də baxıb gülür
Polis sosial şəbəkədə videosu yayılan 2 yaşlı qızın valideynlərini axtarır.

teref.az milli.az-a istinadla xəbər verir ki, videoda təxminən 2 yaşı olan qızın siqaret çəkməsi, söyüş söyməsi əks olunub.

Kadrlar Rusiyanın Vladikavkaz bölgəsində çəkilib. Kameraya uşağın valideynlərinin də səsi düşüb. Onlar videoda gülür, uşağa söyüş öyrədirlər.

Uşağın siqaret çəkərkən öskürməməsindən məlum olur ki, siqaret çəkməsi ilk dəfə deyil, o, artıq öyrəşib.

Video sosial şəbəkələrdə yayılıb. Videonu çəkənlər ciddi şəkildə qınanılıb.

Rusiya polisinin verdiyi məlumata görə, valideynlərin kimliyi müəyyənləşən kimi onlar valideynlik hüquqlarından məhrum olunacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru