Azərbaycanda axund boğulub öldü – VİDEO

27-01-2018, 00:07           

Hadisə ötən gün gecə saatlarında Salyan şəhər Şəhriyar küçəsində qeydə alınıb. 36 yaşlı Əli İsmayilov dəm qazından boğularaq ölüb. Hadisə baş verən zaman iki azyaşlı uşaq atası olan Əli İsmayılovun ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək qalıb. İlkin məlumata görə, evdə tək qalan Əli İsmayilov televizora baxarkən onu yuxu tutub və evdə yaranan dəm qazından boğularaq ölüb. Əli İsmayilovun qohumu onu yaşadığı evdə tapanda artıq gec olub.


Qeyd edək ki, ali ruhani təhsili olan Əli İsmayılov Salyan rayonunun Dayıkənd kəndinin axundu idi.
\\Xezerxeber














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.