Ermənistan vətəndaşları sərhəddə ələ keçdi

28-01-2018, 10:06           

Ukraynadan Slovakiyaya qanunsuz keçmək istəyən Ermənistan vətəndaşları saxlanılıb.

Karpatda sərhədçilər Ermənistan vətəndaşları olan iki kişi və qadını saxlayıblar. Onların bələdçinin köməyi ilə Ukrayna-Slovakiya sərhədini qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləşib.

Bundan sonra hüquq-mühafizə orqanları yaxınlıqda olan Ujqorod şəhəri ərazisində Ermənistan vətəndaşlarına köməklik edən bələdçini saxlayıblar. Onun üzərindən külli miqdarda xarici valyuta, bank kartları və digər sənədlər aşkarlanıb.

Məlumatda bildirilib ki, Ermənistan vətəndaşlarının şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onlar inzibati məsuliyyətə cəlb olunacaqlar. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru