Bakıda yaşayış binasında partlayış oldu - YENİLƏNİB (FOTOLAR)

29-01-2018, 22:19           

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Moderator.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məlumatda o da bildirilir ki, binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil.

Əlavə məlumat veriləcək.

***

Bakıda yaşayış binasında yanğın olub.

Moderator.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda yanğına qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Sakinlərin isə verdiyi məlumata görə, partlayışa səbəb su borusunun deşilməsi nəticəsində suyun elektrik şitlərinin üzərinə tökülməsi olub.

Partlayış nəticəsində xəsarət alan olmayıb. Sakinlər isə təxliyyə edilib. İşıq və su müvəqqəti söndürülüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili tibbi yardım da cəlb olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.