Yevlaxda Türkmənistana gedən yük maşını qəzaya uğrayıb - FOTO

30-01-2018, 08:10           
Yevlaxda Türkmənistana gedən yük maşını qəzaya uğrayıb - FOTO
Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində yük maşını dairəyə daxil olan zaman maneəyə çırpılaraq qəzaya uğrayıb.

"Report"un Qərb bürosu xəbər verir ki, nəticədə avtomobilə ciddi ziyan dəyib, onun yanacağı isə ətrafa dağılıb. Qəza maşının təkərinin partlaması nəticəsində baş verib.

Hadisə zamanı Türkmənistan vətəndaşı olan 1979-cu il təvəllüdlü sürücü Həbibullayev Tacmühəmməd Niyazməhəmməd oğlu xəsarət alıb.

Əldə edilən məlumatlara görə, maşın Türkmənistana yük daşıyırmış.

Hazırda əraziyə DYP əməkdaşları cəlb olunub. Qəza baş verən yerdə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.