TBILISI METROSUNDA TAVAN ÇÖKDÜ: YARALILAR VAR – YENİLƏNİB

30-01-2018, 20:42           
TBILISI METROSUNDA TAVAN ÇÖKDÜ: YARALILAR VAR – YENİLƏNİB
Tbilisinin “Varketili” metrostansiyasında platforma üzərindəki asma tavanın bir hissəsi sərnişinlərin üzərinə uçub.
Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

İnsident yanvarın 30-da, səhər saatlarında baş verib. “Rustavi 2” telekanalı yeddi nəfərin xəsarət aldığını, “Sputnik” (Gürcüstan) isə yaralı sayının 11 olduğunu bildirir.

Hadisə yerinə şəhərin meri Kaxa Kaladze gəlib. Kaladze bütün günahkarların tapılaraq cəzalandırılacağını vəd edib. Günün sonuna kimi “Varketili” stansiyasının bağlı qalacağı bildirilir. Stansiyada hazırda araşdırma aparılır.

Qeyd edək ki, qəzanın baş verdiyi stansiyada təmir işləri 2017-ci ilin avqust ayında yekunlaşıb. Asma tavanın məhz həmin vaxt inşa edildiyi bildirilir.

11:47

Gürcüstanın paytaxtı Tbilisidə “Varketili” metrostansiyasında asma tavanın bir hissəsinin uçması nəticəsində yeddi nəfər yaralanıb.

Oxu.Az “Sputnik (Gürcüstan)”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəolunması Agentliyi bəyanat yayıb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Hal-hazırda zərərçəkənlərin təxliyəsi üzrə işlərin yekunlaşdığı xəbər verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru