Metroda NASAZLIQ: Qatarların hərəkəti ləngidi

31-01-2018, 09:35           

Bu gün metroda qatarların hərəkətində yaranan nasazlıq səbəbindən sıxlıq yaranıb.

Metropoliten QSC-nin mətbuat xidməti Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, metronun 13 saylı marşrut üzrə hərəkət edən qatarının hərəkətində nasazlıq yaranıb:

"Səhər saatlarında qatarlardan birində texniki nasazlıq yaranıb. "Bakmil"dən "Nəriman Nərimanov" istiqamətinə hərək edən qatar yenidən geri qaytarılıb. Yerinə həmin xətt üzrə hərəkət edən başqa qatar buraxılıb. Qatarlararası interval artırılıb. Səhər saatlarında metrodan istifadə edən sərnişinlərin sayı çox olduğundan, pik saat hesab edilir. Stansiyalarda sərnişin sıxlığı yaranıb. Hazırda intervalın bərpa edilməsinə çalışırıq".

Son məlumata görə artıq qatarların hərəkətində sıxlıq aradan qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru