Nazir jurnalistə qarşı törədilən oğurluq cinayətini nəzarətinə götürdü - AÇIQLAMA

31-01-2018, 20:39           
Nazir jurnalistə qarşı törədilən oğurluq cinayətini nəzarətinə götürdü - AÇIQLAMA
Ötən gün Səbail rayonunda yerləşən, 2013-cü ildə jurnalistlərə verilmiş birinci binada tanınmış jurnalist Ağanisə Sultanovanın mənzili naməlum oğrular tərəfindən qarət olunub.
Bu barədə jurnalist öz FB səhifəsində də geniş açıqlama yazıb. Artıq baş vermiş cinayət faktı DİN-nin rəhbərliyi səviyyəsində nəzarətə götürülüb.
DİN-nin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadənin “Ölkə.Az”-a verdiyi açıqlamaya görə, artıq baş vermiş faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.2.3-cü ( oğurluq: yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşları oğurluq olan mənzildə olublar, müvafiq nümunələr götürülüb və zəruri ekspertizalar təyin olunub. Mənzildən pul və zinət əşyaları aparılıb. Onuda qeyd edim ki, jurnalistə qarşı törədilən cinayət əməli Daxili İşlər Nazirinin tam nəzarətindədir və hazırda cinayətin açılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru