Bakıda tunelin ortasında mübahisə edən sürücülər ağır yol qəzasına səbəb olublar - FOTO

2-02-2018, 07:46           
Bakıda tunelin ortasında mübahisə edən sürücülər ağır yol qəzasına səbəb olublar - FOTO
Paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza zamanı iki yük maşını toqquşub.

"99-CE-034" dövlət qeydiyyat nişanlı "Shacman" markalı yük avtomobilinin 1973-cü il təvəllüdlü sürücüsü Abbasov Tərlan Əldilşad oğlu idarəetməni itirərək qarşıda hərəkət edən "Kamaz"ın qəfil əyləcdən istifadə etməsi nəticəsində, ona çırpılıb.

Nəticədə T.Abbasov sol ayağından sınıq xəsarətləri alıb. Kabinada sıxılıb qalmış yaralı ətrafdakıların köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya yerləşdirilib. Onun xəsarət alan ayağı amputasiya edilib. Qəza nəticəsində "Kamaz" markalı yük avtomobilindən yola qum dağılıb. Tuneldə qısamüddətli sıxlıq yaranıb.

Hadisə yerinə cəlb olunmuş Yol Patrul Xidməti əməkdaşlarının "Report"a verdiyi məlumata görə, "Kamaz"ın qəfil əyləcdən istifadə etməsinə səbəb onun qarşısında iki "VAZ-2107" markalı avtomobil sürücüsünün maşınları tunelin ortasında saxlayaraq mübahisə etmələri olub.

Fakt araşdırılır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.