Kuba inqilabının lideri Fidel Kastronun böyük oğlu cümə axşamı intihar edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Granma" qəzeti yazıb.
"Ağır depressiya səbəbindən bir neçə ay həkimlərin müşahidəsi altında olan elmlər namizədi Fidel Anhel Kastro Dias-Balart fevralın 1-də özünə qəsd edib", - deyə nəşr qeyd edir.