TARİXİ KƏŞF: meşənin altında gizli şəhər aşkarlandı - FOTO

3-02-2018, 17:17           

Mərkəzi Amerika ölkəsi olan Qvatemala da meşənin altından Mayalara aid böyük bir gizli şəhər tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yeni texnologiya ilə kəşf edilən şəhərdə 60 min ev olduğu müəyyən edilib.

Şəhərdə milyondan çox insan yaşadığı təxmin edilir. Ərazidə evlər, saraylar müdafiə qalaları, yollar aşkarlanıb.

Qvatemalanın Paten bölgəsində lazer texnologiyası istifadə edilərək aşkarlanan şəhərin xəritəsi də hazırlanıb. Şəhərin ümumi ərazisi 2100 kilometrdir.

“National Geographic” jurnalında yayımlanan məqaləyə görə şəhərin aşkarlanmasında istifadə edilən Lidar Lazer üsulu arxeologiya tarixində bir inqilabdır. Bəzi arxeoloqlar isə bu texnologiyanı bir sehir olaraq qələmə verərkən, bəziləri Lidarın adi gözlə görülməyənlərin aşkarladığını deyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru