FHN Qubada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

8-09-2015, 08:06           
FHN Qubada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi sentyabrın 7-də Qubada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan 2 nəfər, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu həmçinin, 1979-cu il təvəllüdlü Rəhimov Emil Ağarəhim oğlu hadisə yerindəcə vəfat ediblər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.