İranda 1 gündə üçüncü zəlzələ - Yaralı sayı 146-ya çatdı/ YENİLƏNİB-2

22-07-2018, 22:19           
İranda 1 gündə üçüncü zəlzələ - Yaralı sayı 146-ya çatdı/ YENİLƏNİB-2
İranda zəlzələ nəticəsində yaralananların sayı 146-ya çatıb.

BakuPost-un xəbərinə görə, ölkənin təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarəsinin rəhbəri Pir Hüseyn Kolivand deyib ki, zəlzələ nəticəsində xəsarət alanların 21-i xəstəxanaya çatdırılıb.

***

İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.

BakuPost xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, təbii hadisə zamanı 128 nəfər xəsarət alıb.

***

Bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib.

BakuPost xəbər verir ki, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.

Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.