Ölümcül qəzanın görüntüləri yayıldı - VİDEO

1-10-2018, 23:14           
Ölümcül qəzanın görüntüləri yayıldı - VİDEO © AFP 2018 / PAUL J. RICHARD
DÜNYA
21:47 01.10.2018(Yenilənib 21:53 01.10.2018) Qısa URL96 0 0
Onun iki sərnişini isə nisbətən yüngül xəsarət alıb.
Ölümcül qəzanın görüntüləri yayıldı - VİDEO
Polşalı sürücülər Porsche, Ferrari və Mercedes-lə ölümcül yol qəzası törədiblər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Slovakiya polisi, bazar günü, ölkənin şimal-qərbindəki Polşa və Çexiya ilə sərhəddə olan Jilinsk diyarında Dolni Kubin şəhərinin yaxınlığında ictimai bir yolda meydana gələn ölümcül qəzanın görüntülərini yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Polşa sakinləri olan şəxslər Ferrari, Porshe və Mercedes-lə yolda bir-birilə yarışmağa qərar verib.
VİDEO BURDA:
https://vk.com/video-34740837_456252366

Sportcar Ferrari və onun arxasınca Porshe Cayenne qarşı yolla ötmə əməliyyatına çıxıb. Bir qədər sürdükdən sonra Ferrarinin sürücüsü anidən öz yoluna girib, ancaq Porshenin sürücüsü avtomobili qaçıra bilməyib və qarşıdan gələn Skoda Fabia avtomobili ilə toqquşub.

Skoda Fabia avtomobilində yerli sakinlərdən biri öz ailəsi ilə imiş. Avtomobilin sürücüsü hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun iki sərnişini isə nisbətən yüngül xəsarət alıb.

Məlumata görə, hadisənin səbəbkarı artıq həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru