Instagramın yeni baş direktorunun adı məlum olub - FOTO

2-10-2018, 07:59           
Instagramın yeni baş direktorunun adı məlum olub - FOTO
Instagramın yeni baş direktoru Adam Mosseri olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, o, buna qədər "facebook" sosial şəbəkəsinin foto xidmətlərinə cavabdeh olan bölmələrindən birinin rəhbəri olub. A.Mosseri ümumilikdə "facebook"da 10 ilə yaxın çalışıb.

Ötən ayın sonlarında Instagramın həmtəsisçiləri Kevin Sistr və Mayk Kriqer şirkətdən istefa verərək gedəcəklərini bildiriblər. Qeyd edək ki, Sistr baş direktor vəzifəsini, Kriqer baş texniki direktor vəzifəsini tutub. Onlar Instagramda 2010-cu ildən çalışıblar. Hər iki şəxs Instagramdan getmələrinin səbəbini açıqlamayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru