24 saat içərisində Kaliforniyada iki təyyarə qəzası baş verib - 1 nəfər ölüb

2-10-2018, 08:25           
24 saat içərisində Kaliforniyada iki təyyarə qəzası baş verib - 1 nəfər ölüb
Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətindəki Brackett Hava Limanı ətrafında 24 saat ərzində 2 təyyarə qəzaya uğrayıb.

Open.az İHA-ya istinadən xəbər verir ki, Los-ancelesin şimalında yerləşən La vern rayonundakı Brackett Hava Limanı ətrafında 24 saat ərzində 2 təyyarə qəzası baş verib. Dünən "Cessna" tipli iki nəfərlik təyyarə, eniş zolağına yaxınlaşanda qəzaya uğrayıb. Təyyarənin pilotunun fövqəladə hal çağırışı edərək aeroporta qayıtmağa çalışdığı, ancaq qısa müddətdən sonra, təyyarənin yerə çırpıldığı və pilotun həlak olduğu bildirilib. Təyyarədə olan digər şəxs də ağır yaralı olaraq xəstəxanaya çatdırılıb.

Hadisənin üstündən 24 saat keçməmiş bu gün səhər yerli saatlarında Brackett Field Hava Limanında bir təyyarənin yandığı bildirilib. Yanğına müdaxilə edən La Vern Yanğınsöndürmə xidməti alovları sürətlə söndürərkən, La Vern Polis Şefi Nik Paz verdiyi yazılı açıqlamada təyyarədə olan bir nəfərin həyatını itirdiyini açıqlayıb. Açıqlamada, "Aparılan ön araşdırmada təyyarənin içərisində yalnız bir nəfər olduğu müəyyən edilib" deyilib.

Hər iki qəzada Milli Nəqliyyat Təhlükəsizlik Qurumu tərəfindən təhlil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru