1 milyon dollarlıq qiymətli daş sərhəddə ələ keçirildi

2-10-2018, 08:48           
1 milyon dollarlıq qiymətli daş sərhəddə ələ keçirildi
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) və prokurorluğun əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində Macarıstan ilə sərhəddə, Zakarpatye vilayətində külli miqdarda kəhrəba daşının ölkədən çıxarılmasının qarşısı alınıb.

Teref.az xəbər verir ki, “Lujanka” gömrük məntəqəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinə məxsus mikroavtobusda bir tondan yuxarı kəhrəba daşı aşkarlayıblar.

Araşdırma zamanı məlum olub ki, gömrük işçisi Ukrayna sərhədindən Avropa İttifaqı ölkələrinə qaçaq yolla külli miqdarda kəhrəba daşı aparmağa cəhd göstərib. UTX-də gömrük işçisi barəsində cinayət işi açılıb.

Götürülən kəhrəba daşının qiymətinin “qara bazar”da təxminən bir milyon dollar olduğu bildirilir. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru