Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları hansılardır?

2-10-2018, 11:53           
Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları hansılardır?
Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları açıqlanıb. Trend-in Mərkəzi Bankın elektron xidmətlər portalına istinadən verdiyi məlumata görə, ölkədə daha çox 5 manatlıq əsginaslar saxtalaşdırılır – 32 faiz.

Sonrakı yerləri 1 (29 faiz) və 20 manatlıq (15 faiz) əsginaslar tutur. 100 manatlıq kağız pulların payına saxtalaşdırılan pul nişanlarının 10 faizi, 10 manatlıq – 7 faiz, 50 manatlıq əsginasların payına isə 6 faizi düşür.
Bu yaxınlarda buraxılmış 200 manatlıq əsginasların saxtalaşdırılması hallarına rast gəlinməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru