Perunun sabiq prezidenti xəstəxanaya yerləşdirilib

4-10-2018, 07:41           
Perunun sabiq prezidenti xəstəxanaya yerləşdirilib
Perunun sabiq prezidenti Alberto Fuximori oktyabrın 3-də ölkə məhkəməsinin onun əfv edilməsi barədə qərarı ləğv etməsindən sonra xəstəxanaya yerləşdirilib.

"Report" "Comercio" portalına istinadən xəbər verir ki, Fuximori əfv olunduqdan sonra Lima şəhərində yaşadığı evdən "Centenario" klinikasına aparılıb.

Sabiq prezidentin oğlu Kenxi Fuximori "təcili yardım" maşınında atasının yanında olub. O qeyd edib ki, çətin anlarında atanın yanında olmaq insanlıq borcudur.

Alberto Fuximori korrupsiya və başqa cinayətlərə görə 25 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2017-ci ildə o, prezident Pedro Kuçinski tərəfindən əfv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru