“Hyundai” maneələri aşaraq Bakı bulvarının mərkəzinə girdi – FOTO

4-10-2018, 11:00           
“Hyundai” maneələri aşaraq Bakı bulvarının mərkəzinə girdi – FOTO
Bakıda Milli park (Dənizkənarı bulvar) ərazisində qeyri-adi hadisə baş verib.

Minval.İnfo xəbər verir ki, “Hyundai” markalı avtomobil bir neçə ağac və bordyura çırpılaraq gözlənilmədən bulvarın mərkəzinə daxil olub.

Ceyhun Abdulla adlı istifadəçi sosial şəbəkələrdə yazır ki, maşında oğlan və qız olub. Maşının sürücü bildirib ki, o, pedalları səhv saldığı üçün əyləc əvəzinə qaz pedalını sıxıb.

Bulvarın mühafizəçiləri hadisə yerinə Yol Polisi əməkdaşlarını çağırıblar.

Faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru