Londonda 4 məktəb hörümçəklərə bağlanıb

5-10-2018, 08:10           
Londonda 4 məktəb hörümçəklərə bağlanıb
Londonda 4 məktəb hörümçəklərə görə bağlanıb.

Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.

Bildirilir ki, ən təhlükəli həşəratlara görə paytaxtın Nyuhem rayonunda bir neçə təhsil müəssisəsinin işində fasilə yaranıb. Orta məktəblərin rəhbərliyi valideynlərdən uşaqları evdə saxlamağı xahiş edib.

"Əməkdaşların və şagirdlərin təhlükəsizliyi, rifahı bizim üçün prioritetdir. Başa düşürük ki, bu, sizin üçün yaxşı deyil, amma uşağınızın marağı üçün onları evdə saxlayın, məktəbdə yox" – deyə bir təhsil müəssisəsinin tədris hissə müdirinin yazılı məktubunda deyilir.

İdarə əməkdaşları bu təhlükəli həşəratlarla mübarizə üçün artıq məktəbə mütəxəssisləri də çağırıblar. Onlara hörümçəklərdən qurtulmaq üçün təxminən üç həftə vaxt lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru