Bakıda polis özünü "avtoş" hesab edib, qayda pozdu - VİDEO

6-10-2018, 21:49           
Bakıda polis özünü "avtoş" hesab edib, qayda pozdu - VİDEO
Bakıda növbəti qayda pozan sürücü kamerlara görüntülənib.

Teref.az Avtosfer.az-a istinadən xəbər verir ki, 06.10.2018 tarixində 09:57 radələrində düz Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 99 LB 811 DQN-lı KİA Cerato markalı avtomobilin sürücüsü əvvəlcə dairəyə daxil olarkən manevr etmə qaydaların pozur və dönmə işığını yandırmır.

Daha sonra idarənin qarşısında dayanacağa daxil olarkən az qala NİVA markalı avtomobili vuracaqdı. Daha sonra isə güzgülərə baxmadan arxaya verir.

Görüntüləri qeyd edən avtomobilin sürücüsü ehtiyatlı olub gözləməsə çox güman ki, onu da vuracaqdı. Maraqlısı odur ki, o geriyə dönüb qayıdarkən məlum olur ki, bu qədər qaydaları pozan sürücü polis əməkdaşıdır və əynində polis forması var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru