Yerevanda keçmiş deputatı güllələyən həmkarı intihar edib

7-10-2018, 14:43           
Yerevanda keçmiş deputatı güllələyən həmkarı intihar edib
Oktyabrın 7-də Yerevanın Davitaşen rayonunun ikinci məhəlləsində, daş istehsalı üzrə sexdə Ermənistan parlamentinin keçmiş deputatı Arutyun Karaqezyanın güllə yarası olan meyiti aşkarlanıb.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, onun sağ əlində tapança olub.

İlkin məlumata görə, Karaqezyan özünü öldürüb.

Xatırladaq ki, dünən Yerevanın Nork-Maraş rayonu, Armenakyan küçəsindəki restoranlardan birində baş verən qətl üzrə cinayət yerinin müayinəsi nəticəsində tapança aşkar olunub.

Müəyyən edilib ki, həmin tapança Arutyun Karaqezyana məxsusdur. Petro-Beretta tapançası ona Ermənistanın baş nazirinin qərarı ilə 2001-ci il martın 22-də verilib. Baş verən hadisənin səbəbləri araşdırılır.

Oktyabrın 6-da saat 22:40-da Nork-Maraş rayonunda yerləşən restoranlardan birində atəşma olub. Bir neçə keçmiş Kentron rayon polis şöbəsinə Yerevanın müxtəlif tibb mərkəzlərindən siqnallar gəlib.

Xəbərlərdə həmin mərkəzlərə tibbi yardım üçün odlu silahla yaralanan iki kişinin gətirildiyi bildirilib. Onlardan biri, parlamentin keçmiş deputatı Karo Karapetyan ölüb.

Operativ-əməliyyat tədbirləri nəticəsində bu cinayəti törədənin şəxsiyyəti müəyyənləşdirilib. Onun taxalanması ilə bağlı tədbirlərə başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.