Firudin Cəlilovun səhhətində yenə problem yarandı - Türkiyəyə gedir

9-10-2018, 18:11           
Firudin Cəlilovun səhhətində yenə problem yarandı - Türkiyəyə gedir
Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilovun səhhətində problem yaranıb.

BakuPost xəbər verir ki, eks-nazir ürəyində yaranan problemlə əlaqədar olaraq Türkiyəyə yola düşüb.

Saytımıza açıqlamasında F. Cəlilov bu dəqiqələrdə İstanbula yola düşdüyünü, orada özəl xəstəxanalardan birində müalicə alacağını deyib: "Mənim ürəyimdə problem var. Buna görə də ildə bir və ya iki dəfə Türkiyəyə gedib müalicə alıram. Bu gün də İstanbula gedirəm. Bir müddət orada müalicə alıb qayıdacağam”.
Məlumat üçün bildirək ki, Firudin Cəlilov 1995-ci ildən damar tıxanıqlığı xəstəliyindən əziyyət çəkir. O bu günə kimi bir neçə dəfə əməliyyat olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru