Suriyada İŞİD "Ən-Nüsra"nın iki xlor balonunu ələ keçirib - VİDEO

11-10-2018, 07:26           
Suriyada İŞİD "Ən-Nüsra"nın iki xlor balonunu ələ keçirib - VİDEO
Suriyada İŞİD terror təşkilatının yaraqlıları "Ən-Nüsra" terrorçularına hücum edərək iki xlor balonunu ələ keçiriblər.

“Report” xəbər verir ki, bu barədə Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzi məlumat yayıb.

"Oktyabrın 9-u axşam Əl-Latamna yaşayış məntəqəsi ərazisində İŞİD yönümlü qruplaşmalardan birinin quldur dəstəsi "Həyat Təhrir əş-Şam" terror təşkilatı dəstəsinin qərargahına (Keçmiş "Cəbhat ən Nüsra") hücum edib", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, silahlı qarşıdurma nəticəsində 4 terrorçu və "Ağ dəbilqəlilər"in iki əməkdaşı öldürülüb.

"Qərargahdan iki xlor balonu aparılıb", - deyə Mərkəz qeyd edib.

Bildirilir ki, balonlar Hələbin cənubuna aparılıb və İŞİD ilə birləşdirilmiş terror qruplaşmasının yaraqlılarına təhvil verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru