ABŞ-da qasırğa səbəbindən 800-dən çox aviareys ləğv olunub

12-10-2018, 07:21           
ABŞ-da qasırğa səbəbindən 800-dən çox aviareys ləğv olunub
Birləşmiş Ştatların şərqində "Maykl" qasırğası səbəbindən hava limanlarında 800-dən çox aviareys ləğv olunub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə mülki təyyarələrin hərəkət trayektoriyasını izləyən "FlightAware" saytı məlumat yayıb.

Aviaportalın xəbərinə görə, Şimali Karolina ştatındakı Şarlott Duqlas beynəlxalq aeroportunda 300-dən çox reys ləğv olunub. Ən azı 80 aviareys isə Şimali Karolina ştatının Roli-Darem beynəlxalq aeroportunda, həmçinin onlarla reys Cənubi Karolina və Corciya ştatlarının hava lmanlarında ləğv olunub.

Hava şəraitinin pis olması ilə əlaqədar 2,4 mindən çox reys gecikir.

CNBC telekanalının məlumatına görə, "Maykl" qasırğası aeroportların işinə əhəmiyyətli dərəcədə ziyan vurmayıb və onların əksəriyyəti ştat rejimində fəaliyyət göstərir.

Bundan əvvəl Florida hakimiyyəti qasırğa ilə əlaqədar olaraq ən azı 500 min sakinə öz evlərini tərk etməyi tövsiyə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru