İkardi son dəqiqələrdə "İnter"i "Barselona"ya məğlubiyyətdən xilas edib - NƏTİCƏLƏR

7-11-2018, 08:21           
İkardi son dəqiqələrdə "İnter"i "Barselona"ya məğlubiyyətdən xilas edib - NƏTİCƏLƏR
Ötən gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Günün əsas oyunlarından biri Milanın "Cüzeppe Meatsa" stadionunda "İnter" və "Barselona" komandaları arasında keçirilib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Hər iki qol matçın sonlarında vurulub. 83-cü dəqiqədə Malkom "İnter"in qapıçısını məyus edərək oyunda hesabı açıb. Bu, həm də onun "Barselona" ilə rəsmi oyunlarda vurduğu ilk qol olub. Lakin 87-ci dəqiqədə Mauro İkardi ev sahiblərini məğlubiyyətdən xilas edib.

"B" qrupunun paralel keçən digər qarşılaşmasında "Tottenhem" doğma meydanda PSV-ni 2:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqası. A Qrupu. 4-cu tur

"Monako" (Fransa) "Brügge" - 0:4

Qollar: 0:1 – Vanaken – 12, 0:2 – Vanaken – 17 (pen), 0:3 – Uesli – 24, 0:4 – Vormer – 85

"Atletiko M" (İspaniya) – "Borussiya D" - 2:0

Qollar :1:0 – Saul – 33, 2:0 – Qrizmann – 80

B Qrupu

"İnter" (İtaliya) "Barselona" - 1:1

Qollar: 0:1 – Malkom – 83, 1:1 – İkardi – 87

"Tottenhem Hotspur" (İngiltərə) – "PSV Eyndxoven" (Hollandiya) - 2:1

Qollar: 0:1 – de Yonq – 2, 1:1 – Keyn – 78, 2:1 – Keyn – 89

C Qrupu

"Napoli" (İtaliya) – PSJ (Fransa) - 1:1

Qollar: 0:1 – Bernat – 45+2, 1:1 – İnsinye – 62 (pen)

"Srvena Zvezda" (Serbiya) – "Liverpul" (İngiltərə) - 2:0

Qollar: 1:0 – Pavkov – 22, 2:0 – Pavkov – 29

D Qrupu

"Portu" (Portuqaliya) – "Lokomotiv" (Rusiya) - 4:1

Qollar: 1:0 – Erryera – 2, 2:0 – Mareqa – 42, 2:1 – Farfan – 59, 3:1 – Korona – 67, 4:1 – Otavio – 90+3

"Şalke-04" (Almaniya) – "Qalatasaray" - 2:0

Qollar: 1:0 – Burqştaller – 4, 2:0 – Ut – 57












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru