Arşavin karyerasını bitirdi

11-11-2018, 18:00           
Arşavin karyerasını bitirdi
Rusiya milli komandasının sabiq kapitanı Andrey Arşavin karyerasını bitirib.

O, Qazaxıstanın "Kayrat"ın komandasının heyətində vida oyununu keçirib.

37 yaşlı hücumçu Karaqanda "Şaxtyor"u ilə XXXIII tur matçının 50-ci dəqiqəsində meydana daxil olub.

Arşavinin klubla müqaviləsi yekunlaşıb və o, başqa kluba keçməyəcəyini açıqlayıb.

Andrey Arşavin 2016-cı ildən "Kayrat"ın formasını geyib. Təcrübəli hücumçu 100-dən çox oyunda 30 qol və 37 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində isə həm də “Zenit Sankt-Peterburq” və “Arsenal” komandalarının şərəfini qoruyub.(modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru