Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlandı - FOTO

1-06-2019, 07:15           
Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlandı - FOTO
InStat şirkəti Çempionlar Liqasında rəmzi yığmanın tərkibini açıqlayıb.

Teref.az matç.az-a istinadən bildirir ki, finala yüksələn "Tottenhem"in heç bir oyunçusu siyahıya düşə bilməyib.

Digər finalçı "Liverpul"un isə 2 üzvü simvolik komandada özünə yer tapıb.

Rəmzi komandanın tərkibi: Mark-Andre ter Ştegen ("Barselona"); Joao Kanselo, Corcio Kyellini (hər ikisi "Yuventus"), Vircil van Deyk ("Liverpul"), Xordi Alba ("Barselona"); Cordan Henderson ("Liverpul"), Pol Poqba ("Mançester Yunayted"), Hakim Ziyeç ("Ayaks"); Rahim Sterlinq ("Mançester Siti"), Lionel Messi ("Barselona"), Neymar (PSJ).

Qeyd edək ki, bu gün "Vanda Metropolitano"da keçiriləcək "Liverpul" - "Tottenhem" finalı Bakı vaxtı ilə 23:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru