Çempionlar Liqasının bombardiri məlum olub

2-06-2019, 09:10           
Çempionlar Liqasının bombardiri məlum olub
UEFA Çempionlar Liqasında 2018/2019 mövsümünün ən yaxşı bombardiri İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi olub.

"Report"un məlumatına görə, argentinalı hücumçu 10 oyuna 1-i penaltidən olmaqla 12 qol vurub.

İkinci yeri Hollandiya "Ayaks"ının serbiyalı forvardı Duşan Tadiç tutub. Tadiç təsnifat mərhələləri də nəzərə alınmaqla, 18 görüşdə 9 dəfə fərqlənib.

Üçüncü yer isə Almaniya "Bavariya"sının polşalı hücumçusu Robert Levandovskiyə qismət olub. Levandovski 8 oyuna 8 qol vurub.

İtaliya "Yuventus"unun portuqaliyalı qolçusu Kriştianu Ronaldu 9 qarşılaşmada 6 qolla kifayətlənib. Ronaldu İngiltərənin "Mançester Siti" komandasından Serxio Aqüero və Portuqaliya "Portu"sundan Mussa Mareqa ilə birgə 5 - 7-ci yerləri bölüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru