Futbolçu Neymar zorlamada günahlandırılıb

2-06-2019, 09:16           
Futbolçu Neymar zorlamada günahlandırılıb
Braziliya milli komandasının və Fransanın Paris Saint-Germain klubunun Üzvü Neymar zorlamada günahlandırılır.

"Report" xəbər verir ki, bu barədə UOL məlumat yayıb.

Portalın məlumatına görə, adını çəkilməsini istəməyən qadın Neymarın ona Parisdə təcavüz etdiyini söyləyib.

Qadının sözlərinə görə, hadisə mayın 15-də Fransa paytaxtında yerləşən otellərin birində baş verib. Eyni zamanda, qız Braziliyada da artıq ərizə vediyini və başqa bir ölkədə polisə getməkdən qorxduğunu deyib.

Qeyd edək ki, polis apellyasiya şikayətini təsdiqləyib, lakin bu məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru